Vitse-spiker Adil Əliyevin Mərakeş Krallığının hər iki palatasının sədrləri ilə görüşü keçirildi

0

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşdə vitse-spiker Azərbaycan-Mərakeş arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğuladı, ortaq dini və mədəni dəyərlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyini qeyd etdi. 

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyinin xüsusi təntənə ilə qeyd edildiyini bildirən vitse-spiker, Ulu Öndərin Azərbaycan – Mərakeş münasibətlərinin inkişafına verdiyi töhfələrdən söhbət açdı. O, Ümummilli Liderin davamçısı – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44-günlük Vətən müharibəsindən söz açdı, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti-bərpa və abadlıq-quruculuq işlərindən bəhs etdi.

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin 100 illiyinə həsr edilmiş, Bakıda keçirilən  Milli Məclisin xüsusi sessiyasında iştirakını məmnuniyyətlə  qeyd etdi, dahi şəxsiyyətin dövlətimiz və xalqımız üçün gördüyü işlərin dünyaya nümunə olduğunu bildirdi.

Daha sonra çıxış edən Müşavirlər Palatasının sədri Naam Mayara iki ölkə arasındakı münasibətlərdə parlamentlərarası əməkdaşlığın verdiyi töhfədən söhbət açdı, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin parlamentlərarası münasibətlərin inkişafında xüsusi rolunun vurğuladı.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əməkdaşlıq məsələlərini də geniş müzakirə etdi.

Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Ceyhun Məmmədov və Azərbaycanın Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir