Vitse-spiker Adil Əliyev şəhidimizin anım tədbirində iştirak edib

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 13-də Vətən müharibəsi şəhidi Ceyhun Abbasovun II Fəxri Xiyabanda keçirilən anım tədbirində iştirak edib. Şəhidlərin ailə üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ceyhun Abbasovun valideynləri və yaxınları onun keçdiyi döyüş yolu ilə bağlı geniş məlumat veriblər. Sonra tədbirdə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turanın səsi ” xəbər verir ki , Mərasimdə çıxış edən vitse-spiker Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin  əhəmiyyətindən danışıb. O, bildirib ki, şəhidlərimiz ən şirin nemət olan canlarını Vətən yolunda qurban verərək, bizə tarixi Zəfəri bəxş etməklə, həm də dövlətimizin gücünü nəinki Ermənistana, eləcə də onun havadarlarına göstərdilər. 

Xalqımızın dövlət başçısının ətrafında yumruq kimi birləşməsindən danışan vitse-spiker bu birliyin bizə Qələbəni bəxş etdiyini diqqətə çatdırıb. Adil Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi: “Gücümüz birliyimizdədir!” şüarı əsasında birləşən xalqımız 30 ildən sonra tarixi torpaqlarını işğaldan azad etdi. Eləcə də, xalqımızın bu gün baş verən hadisələrdəki həmrəyliyi onun nə qədər güclü olduğunu bir daha dünyaya nümayiş etdirir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir