Vitse-spiker Adil Əliyev “Rizin” şirkətinin prezidenti ilə görüşüb
Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan və dünyanın ən məşhur MMA döyüşlərinə həsr edilmiş “Rizin” Qran-Prisinin təşkilatçısı və Yaponiyanın “Rizin” şirkətinin prezidenti Nobuyuki Sakakibaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisdə keçirilən görüş zamanı vitse-spiker Adil Əliyev dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, bu gün Azərbaycanın dünyada idman ölkəsi olaraq tanındığını qeyd edib. O, idmançılarımızın yüksək nəticələr göstərdiyini, ölkəmizdə olimpiadaların, Formula 1 və digər nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini qeyd edib.
Azərbaycanlı idmançıların da iştirak etdiyi MMA turnirlərindən bəhs edən sədr müavini, bu döyüş növünə dünyada həddən artıq yüksək marağın olduğunu və bu idman növünün idmançılarımızın inkişafına xüsusi töhfə verdiyini qeyd edib.
“Rizin” şirkətinin prezidenti Nobuyuki Sakakibara səmimi qəbula görə təşəkkürünü bildirərək, bu idman sahəsində qarşılıqlı əməkdaşlığın mühüm uğurlar gətirəcəyinə inamını bildirib. O, azərbaycanlı idmançıların döyüş növlərində yüksək nəticələr göstərməsini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI