Vitse-spiker Adil Əliyev Misir Nümayəndələr Palatasının sədri ilə görüşüb

0

Misirdə səfərdə olan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 11-də bu ölkənin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Misir parlamentində keçirilən görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev Azərbaycan və Misir arasında münasibətlərin tarixindən söz açıb, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Misirə səfəri ilə ölkələrimiz arasındakı ənənəvi dostluq  əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Vitse-spiker diqqətə çatdırıb ki, hazırda dövlət başçılarımızın ali siyasi iradəsi ilə bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. İkitərəfli əlaqələrimizin  daha da inkişaf etdirilməsinin hər iki ölkənin marağına uyğun olmasından danışan vitse-spiker beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin, xüsusən Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb. 

Görüşdə Adil Əliyev Nümayəndələr Palatasının sədrinə Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə məscidlərə, digər abidələrə qarşı vandallıq aktları həyata keçirməsi, regiondakı postmüharibə dövrünün reallıqları, Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verib.

Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali bu ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xüsusi iclasında iştirakını və iclasda çıxışını xatırlayaraq, səfər çərçivəsində keçirdiyi görüşlərdən böyük məmnunluqla bəhs edib.

Söhbətdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir