Vitse-spiker Adil Əliyev Milli Məclisdə növbəti dəfə vətəndaşların qəbulunu keçirib

0

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq mart ayının 13-də Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin üzvlərini və müraciət edən digər vətəndaşları qəbul edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qəbul zamanı qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə sosial, humanitar, təhsil və məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq tapşırıqlar verilib. 

Vitse-spiker vətəndaşlarla görüşdə qeyd edib ki, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması dövlətimiz üçün prioritet məsələdir. O, şəhid ailələrinin və qazilərin qayğılarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb. 

Milli Məclis sədrinin müavini, eyni zamanda, araşdırılması vaxt tələb edən müraciətlərin hər birinin onun tərəfindən nəzarətdə saxlanıldığını, orada qeyd olunan məsələlərin təhlil edilərək, qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll ediləcəyini  diqqətə çatdırıb.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir