Vitse-spiker Adil Əliyev Milli Məclisdə növbəti dəfə vətəndaş qəbulu keçirib

0

İyunun 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə Milli Məclisdə vətəndaş qəbulu keçirib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Vitse-spiker qəbulda iştirak edən şəhid ailələri üzvlərinin, qazilərin, habelə digər vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. 

Vətəndaşlar tərəfindən daxil olan sosial, humanitar, məişət və digər məsələlərlə əlaqədar müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına sorğular hazırlanıb. Eyni zamanda, müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici məsləhətlər verilib.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülür və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla onların həlli istiqamətində lazımı addımlar atılır. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir