Vitse-spiker Adil Əliyev Gədəbəy rayonunda şəhid ailələri ilə görüşüb

0

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 19-da Gədəbəy rayonu Səbətkeçməz kəndində 44 günlük Vətən müharibəsinin şəhidləri Bəybala Əliyevin, Elvin Mustafayevin və Kənan Müzəffərlinin ailələri ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Şəhidlərimizin ailə üzvləri böyütdükləri igid övladları barəsində fəxrlə söz açaraq qəhrəmanlarımızın uşaqlığından, keçdikləri döyüş yollarından danışıblar, onlarla bağlı xatirələrini dilə gətiriblər.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş Bəybala Əliyev Murovdağ istiqamətində, Elvin Mustafayev və Kənan Müzəffərli Zəngilan rayonu uğrunda gedən döyüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlə döyüşərək şəhidlik məqamına yüksəliblər.

Adil Əliyev şəhidlərimizin ailə üzvlərinə bildirib ki, müqəddəs amal yolunda – vətənin düşmən işğalından azad edilməsi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. O, şəhidlərimizin xatirəsini ehtiramla anaraq vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşən şəhidlərimizin fədakarlıqları sayəsində torpaqlarımız düşmən işğalından azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Vitse-spiker şəhidlərimizin ailələrinə səbir diləyib, onların dərdlərinə şərik olub, qayğıları və problemləri maraqlanıb.

Şəhidlərimizin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir