Virse-Spiker Adil Əliyev Naxçıvan Muxtar Respublikasında şəhid Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Badamlı kəndində 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutan zaman, qəhrəmancasına şəhid olmuş Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Şəhidin ailəsinə başsağlığı verən Sədr müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam edən və tarixi Qələbəmizlə bitən Vətən Müharibəsindən bəhs edərək Ermənistanın məğlubiyyətə uğrayaq kapitulyasiya aktını imzalamasını bildirmişdir.
Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistanın məğlubiyyətlə barışmadığını bildirən vitse-spiker Ermənistanın hər addımda təxribata cəhd etməsini qeyd etmişdir. Eləcə də, düşmənin təxribatlarının rəşadətli Ordumuz tərəfindən yüksək peşəkarlıqla alındığını və düşmənə sarsıdıcı zərbə vurulduğunu qeyd edən Adil Əliyev sonuncu belə təxribatın qarşısını alarkən şəhid olan Səbuhi Tağıyevə və bütün şəhidlərimizə Allahdan rəhmət və şəhidlərimizin ailəsinə səbir diləmişdir. Qəhrəmanımızın qisasının alındığını bildirən sədr müavini baş verən bütün insidentə görə günahın Ermənistanın siyasi – hərbi rəhbərliyinin daşımasını bildirmişdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI