Utilizasiyaya verilən avtomobilin ödənilməmiş cəriməsinin olması daimi uçotdan çıxarılmasına maneə olmayacaq
Utilizasiyaya verilən avtomobilin ödənilməmiş cəriməsinin olması daimi uçotdan çıxarılmasına maneə olmayacaq.
“Turanın səsi ” xəbərinə görə, bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələri utilizasiyaya “Tullantılar haqqında” qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman bu qanunun 27-ci maddəsinin IX-I hissəsinin ikinci və üçüncü bəndlərində nəzərdə tutulan ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına maneə olmayacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI