Ulu Öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışları

0

Mayın 2-də Müdafiə Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının açılışı olub.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Açılış mərasimində Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputat Müşfiq Cəfərov, Müdafiə, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Kikboksinq Federasiyasının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, veteranlar və idmançılar  iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Hərbi İnstitutda ucaldılan abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Açılış mərasimi hərbi orkestrin ifa etdiyi “Azərbaycan fanfarası” ilə başlanıb. Fəxri qarovulun müşayiəti və “Qələbə marşı”nın sədaları altında 2020-ci il noyabrın 8-də Şuşa şəhərinə sancılan və qələbənin rəmzinə çevrilən Zəfər bayrağı təntənəli şəkildə meydana gətirilib.

Sonra açılış nitqləri söylənilib. Açılışda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev çıxış edib. O, 100 illiyini ümumxalq bayramı kimi qeyd etdiyimiz Ulu Öndərin bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinin inkişafında da böyük xidmətlərinin olduğunu bildirib. Milli Məclis sədrinin müavini Ümummilli Liderin sayəsində Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsindən, ölkəmizin dünyanın idman ölkələrindən birinə çevrilməsindən danışıb.

Adil Əliyev Ulu Öndərin vaxtilə dediyi “Azərbaycan idmanı, ölkəmizin idmançıları, Azərbaycan Respublikası daha yüksək pillələrə qalxacaqdır. Mən buna tam əminəm” fikrini tədbir iştirakçılarına bir daha xatırladaraq vurğulayıb ki, Ulu Öndərin bütün arzuları artıq həyata keçib. Azərbaycan idmanı daha da inkişaf edir, atletlərimiz dünyanın ən mötəbər idman yarışlarında Azərbaycan bayrağını yüksəklərə ucaldır, himnimizi səsləndirir, qalib Azərbaycan ölkəsi daha uğurlu qələbələrə doğru inamla irəliləyir.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin əsasını qoymasından, cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən söz açıb.

Sonra Ulu Öndərin mənalı ömür və fəaliyyətinə həsr olunmuş ədəbi-musiqili kompozisiya, videoçarxlar nümayiş olunub, şeirlər, vətənpərvərlik mahnıları və rəqslər ifa edilib.

Daha sonra “Heydər Əliyev Kuboku” yarışlarının final mərhələsi başlanıb. Final mərhələsinin yekununda qaliblərə kubok, diplom və medallar təqdim edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir