Üç komitənin birgə iclasında

Dekabrın 16-da Milli Məclisinin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclası açan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, gündəliyə bir məsələ – Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil olunub.

Arzu Paşaqızı