TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclasında

Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov iştirak ediblər.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI