TÜRKPA-nın komissiya iclasında
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev aprelin 17-də TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasın gündəliyinə uyğun olaraq, Komissiyanın hesabat məruzəsinin layihəsinin qəbulu, “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanunlarının layihələrinin, həmçinin Komissiyanın tövsiyə qərarının layihəsinin qəbulu barədə məsələlər müzakirə olunacaq.
Deputatlarımız komissiyanın işində iştirak edəcəklər, gündəlikdə duran məsələlərə münasibət bildirəcəklər.
Səfər aprelin 20-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI