TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında

Aprelin 7-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzvü olan dövlətlərin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda 13-cü iclası keçirilib.


İclası açan Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Anas Bakkojayev türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi barədə məlumat verib. O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi, daxili ticarətin artırılması iqtisadi diversifikasiyanın təmin olunmasına, ümumi iqtisadi potensialın daha səmərəli reallaşdırılmasına xidmət edir.

Arzu Paşaqızı