TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar İclası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və nümayəndə heyətlərinin üzvləri iyunun 6-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra nümayəndə heyətləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI