Türkmənistan Məclisinin sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb
Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda deyilir: “Türkmənistan Məclisinin deputatları adından biz “Azərbaycan Hava Yolları” aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.
Bu çətin günlərdə həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı və təsəllimizi çatdırmağınızı xahiş edir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq.”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI