Türkiyənin paytaxtı Ankarada Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 2-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputatımız mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ankarada keçiriləcək tədbirlərə qatılacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək. Yubiley tədbirləri çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək, film nümayış olunacaq.
Səfər mayın 4-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI