Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Türkiyə parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün mayın 2-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə 9 Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin birgə keçirdiyi konfranslarda və bir sıra digər tədbirlərdə iştirak edəcək.
Səfər mayın 6-da başa çatacaq.