Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

Türkiyə və Gürcüstan parlament nümayəndə heyətləri Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər.


Fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradzenin başçılıq etdiyi nümayəndə heyətləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə tər çiçəklər düzüblər.

Arzu Paşaqızı