Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının yekunlarına həsr olunmuş mətbuat konfransında
Aprelin 25-də Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin ilk iclasının türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb, iclasın yekunları və müzakirə olunan məsələlərin önəmi barədə fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqət yönəldən komitə sədri türk dövlətləri arasında əlaqələrin ikitərəfli və çoxtərəfli istiqamətlərdə, o cümlədən parlamentlər müstəvisində inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI