Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir-Sahibə Qafarova

ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
O bildirib ki, ABŞ-Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:
“Ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir”.
A.PASA.q