Tahir Mirkişili: “Yenidən baxılan büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna uyğundur”

2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi, onunla birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğundur.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.

“Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib.

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla mayın 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

Qanun layihəsinə dair İzahatda 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib”, – deyə Komitə sədri qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir