Tahir Mirkişili: “Optimist ssenaridə 2024-cü ilin büdcə gəlirləri planlaşdırıldığından çox olacaq”

0

Bu ilin büdcə gəlirlərinin 9 aylıq icra göstəriciləri, növbəti ilə optimist ssenarinin başvermə ehtimalının yüksək olması gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Təqdim edilmiş layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox – 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2 %-ni qeyri-neft sektorunun, 49,8 %-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft qaz sektorunda büdcə daxilolamalarının 1 058,2 milyon manat artması, neft qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır”, – deyə o qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir