Tahir Mirkişili: “Daşımalarda istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq

0

Azərbaycanda yaradılması planlaşdırılan yeni mexanizmlə sərnişin və yük daşımalarında istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq.

turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Bundan başqa, taksi sifarişi operatoru anlayışı qanuna gətirilir. Daşıyıcı, onun avtomobili və taksi sifarişi operatoru qanunla bir birindən fərqləndirilir. Daşıyıcıya buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, operatora isə icazə verilir. İcazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir (ümumi sənədlər “Lisenziyalar və icazələr haqqında” qanuna müəyyən edilib).

Əlavə olaraq daşıyıcılardan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədlər, sürücünün narkotikə qarşı tibbi müayinənin nəticəsi barədə məlumat, sürücülərin hazırlıq keçməsini təsdiq edən sənədlər tələb olunacaq.

Taksi sifarişi operatoru fəaliyyətinə icazə üçün onun istifadə etdiyi proqramlar barədə məlumatların, taksi sifarişi xidmətinin göstərilməsi üçün ölkə ərazisində yerləşən filial və yaxud nümayəndəliyi barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir