Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir

Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, baş vermiş dəhşətli qəzadan kədərləndiklərini bildirib, xalqımıza və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.
Həmçinin, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomalinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun, Monteneqro Parlamentinin sədri Andriya Mandiç, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiev, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və MDB PA Şurası Katibliyinin Milli Məclis sədrinə ünvanladıqları məktublarda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib, bu çətin günlərdə xalqımızla həmrəylik ifadə edilib.
Bundan başqa, Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes də qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzu ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI