Təqsirləndirilən şəxs barəsində 2 halda cinayət təqibi qiyabi icraat qaydasında aparılacaq
Təqsirləndirilən şəxs barəsində 2 halda cinayət təqibi qiyabi icraat qaydasında aparılacaq.
“Turanın səsi ” in xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.
Məcəlləyə əlavə edilməsi təklif edilən LIV-II fəsil Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin barəsində aşağıdakı 2 halda cinayət təqibinin qiyabi icraat qaydasında aparılma imkanını nəzərdə tutur:
– Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndikdə;
– Azərbaycan ərazisindən kənarda olan təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdıqda.
Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə yanaşı cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə də ittiham olunan təqsirləndirilən şəxs barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI