Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

İyunun 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin – “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini söyləyib.
Əvvəlcə, iclasda Sadiq Qurbanov “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası qanununun layihəsi barədə fikirlərini açıqlayıb. O, bildirib ki, qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI