Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Aprelin 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov “ İstilik təchizatı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Komitə sədri Azərbaycan Respublikasının Konstitusiyasının 94- cü maddəsinin I hissəsinin I bəndinə uyğun olan bu qanun layihəsinin istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktı olduğunu bildirib. Məlumat verilib ki, qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin və digər ölkələrin təcrübəsinə istinad edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI