Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib-SAHİL BABAYEV

Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.

turaninsesi.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında – “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.

“İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-puredensial siyasət, dövlət proqramları, o cümlədən “Böyük qayıdış” proqramı uğurla icra edilib”, – deyə o qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI