SPİKER:Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib

Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib.

turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, müzakirəyə çıxarılan dövlət büdcəsi ölkənin iqtisadi imkanlarının daha da yüksəldilməsinə, “Böyük Qayıdış” dövlət proqramının həyata keçirilməsinə xidmət edəcək:

“İqtisadiyyatın şaxələndirilməsi uğurla davam etdirilir. Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə ölkəmiz gəlirlərin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini, qeyri-neft sektorunun inkişafını təmin edib”.

Arzu Paşaqızı