Spiker: “Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarxində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək”

0

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib.

Turanın səsi ” xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda və ölkədə yeni reallıqlar yaradıb: “Gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək. Xalqımız da seçkidə öz müdrik qərarını verəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir