Spiker :”Bu gün söyləmək olar ki, Ermənistanla danışıqların müsbət nəticələri var”
Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistanla danışıqların müsbət nəticələrinin olduğunu söyləyib.
“Turanın səsi ” xəbər verir ki , spiker bu barədə parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Vətən müharibəsində qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları aparılmaqdadır.
“Artıq bu gün söyləmək olar ki, bu danışıqların müsbət nəticələri vardır. Dünən Prezident Administrasiyasının və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı dərc edilib. Hər iki tərəf belə bir fikrə şərik olduğunu bildirib ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranıb. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti təsdiq edilib. Bəyanatda sülh sazişini yaxınlaşdıran bir sıra addımlar nəzərdə tutulub. Bu addımların davamını biz yaxın zamanda müşahidə edəcəyik”, – S.Qafarova əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI