Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə əlavə vəsait ayrılır

0

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üçün əlavə vəsait ayrılır.

Turanın səsi ” in xəbərinə görə, bu, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyiikliklər layihəsində əksini tapıb.

Belə ki, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə ayrılan vəsait 1 500 000 manatdan 2 600 000 manata qaldırılır.

Qeyd edək ki, layihəyə əsasən İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 %) artırılmaqla 217 668 334,50 manat təşkil edəcək. Hazırda isə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində təsdiq edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir