Slovakiya parlamentinin nümayəndə heyəti Şuşaya, Füzuliyə və Ağdama səfər ediblər

0

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti sentyabrın 6-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olublar.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Nümayəndə heyətini Milli Məclisin deputatı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Qonaqları qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Füzulu və  Zəngilan hava limanlarının maketlərini göstərib, limanların texniki göstəriciləri barədə danışıb.

Emin Hüseynov, həmçinin qonaqları Füzuli şəhərinin bərpası planı ilə tanış edib, rayonda və  azad edilmiş ərazilərdə yaradılacaq   müasir ifrastruktur,  “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verib.

Sonra Füzuli şəhərinə yola düşən səfər iştirakçıları burada  erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər, bu ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, aparılan minatəmizləmə işləri, Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.

Sonra Şuşaya gələn qonaqlar Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüblər.

Görüşdə Aydın Kərimov Boris Kolların Şuşaya növbəti  səfərini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan və Slovakiya şəhərləri arasında olan münasibətlərin inkişaf etdiyi, ikitərəfli əlaqələrin müsbət yöndə irəlilədiyi diqqətə çatdırılıb.

Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.

Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla  Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır üzü işğaldan  əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində olublar.

Burada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin  Hüseynov qonaqlara “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki,  proqram çərçivəsində ən önəmli komponentlərdən biri də “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin tikintisidir.

Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin ağıllı kənd layihəsi  Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək  Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək.

Bildirilib ki, Baş Qərvənd kəndi  “Ağıllı kənd” layihəsi  çərçivəsində tamamilə yenidən bərpa olunacaq və işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər yenidən burada məskunlaşdırılacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir