Siyavuş Novruzov: “Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz”
“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub: “Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI