Siyavuş Novruzov: “Bələdiyyələrdə islahatların aparılması planda var”
“Azərbaycanda belə bir başlanğıc götürülüb ki, ölkədə aparılan islahatlar davamlı şəkildə olacaq. Həmçinin regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planda var”.
“Turanın səsi “ xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin yaz sessiyası üçün ilk iclasında deyib.
“Prezident İlham Əliyev bu yaxınlarda televiziya kanallarına verdiyi son müsahibəsində bu il üçün regional strukturlarda ciddi islahatların gözlənildiyini bir daha xatırladıb. Güman edirəm ki, 2023-cü ildə bizim qarşımızda çox böyük vəzifələr durur. Bununla bağlı dinləmələr keçirəcəyik”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09