Siyavuş Novruzov: “Azərbaycandakı alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır”

0

“Azərbaycandakı alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur: “Bununla da dərman satışı ilə məşğul olanlar gəlir etmək mənafeyi güdmüş olur. Hətta bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm, müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıq problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər”.

S.Novruzov bildirib ki, ölkəyə dərman gətirən, satan və yoxlayanlar ayrı olmaldır: “Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Nəticə də göz qabağındadır. Məndə olan məlumata görə, dərman istehsalı ilə məşğul olan bəzi zavodlar həyati vacib olan dərmanların tərkibinə qatılması lazım olan hissəni qiymətə görə əlavə etmirlər. Sifarişçi deyir ki, əsas qiyməti aşağı et, onsuz da bilinməyəcək”.

Deputat həmçinin gömrükdə vətəndaşların öz istifadəsi üçün gətirdiyi dərmanlarla bağlı da problem yaşandığını vurğulayıb: “Buna da maneçilik törədilir. Axı həmin dərmanlar satış üçün gətirilmir. Burada niyə porblem yaradılmalıdır?!”

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir