Siyavuş Novruzov: “Avropa Şurasında mənəvi terrorla məşğul olurlar”
Avropa Şurasında mənəvi terrorla məşğul olurlar.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da payız sessiyası üzrə keçirilən son plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib: “Bunu da həmin hərəkəti edənlər özləri boynuna alıb. Misal olaraq, Xocalı soyqırımı ilə bağlı Zori Balayan uşaqların necə yandırıldığını, vətəndaşlarımızın başına acılan müsibətlərlə bağlı özü kitab yazıb. Həmin kitabı da özü təqdim edib. Bax, biz də həmin kitabı Avropa və digər məhkəmələrə təqdim etməliyik. Bütün faktları biz yox, məhz özləri etiraf edir ki, türklərə qarşı nifrətimiz var. Onlar etnik və milli təmizləməyə görə dünyada ən böyük cinayəti törədiblər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI