Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi

İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.


turaninsesi.az” xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Musa Quliyev, Arzu Nağıyev, deputatlar Kamran Bayramov, Tahir Mirkişili, Soltan Məmmədov, Tural Gəncəliyev, Vüqar Bayramov, Asif Əsgərov çıxış ediblər.
Millət vəkilləri iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bu tədbir ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağda sülh və yenidənqurma siyasətini, Azərbaycanın bölgədə təhlükəsizliyi təmin edən sabit və güclü dövlət olduğunu beynəlxalq aləmə bir daha nümayiş etdirdi. Qeyd olunub ki, xarici ölkə prezidentlərinin, baş nazirlərin bu görüşdə iştirakı Azərbaycanın mövqeyinin dəstəklənməsinin və bölgədə lider dövlət kimi tanınmasının göstəricisi idi. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirdə iştirakı Azərbaycanın diplomatik gücünün bariz nümunəsi idi. Habelə nəzərə çatdırılıb ki, Prezidentimizin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatında mühüm islahatlar tətbiq edilib. Belə ki, İƏT çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Biznes Forumu təşkil olunub. Vurğulanıb ki, Xankəndidə keçirilmiş və siyasi, ideoloji önəm daşıyan bu Zirvə görüşü həm də region ölkələri arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI