Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının 14 iyul 2023-cü il tarixli sonuncu iclasında çıxışı

0

Hörmətli həmkarlar, həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı.

Turanın səsi ” xəbər verir ki , Sessiyanın yekunları ilə bağlı bildirmək istəyirəm ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilmişdir.

Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirmişdir.

Hörmətli həmkarlar, bu gün Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Bu haqda hörmətli həmkarlarım söz açdılar. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoymuşdur. 

Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə  davam etdirilmişdir.

 Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilmiş və Bəyanat qəbul olunmuşdur.  

Hörmətli həmkarlar!

Növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilmişdir. Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilmişdir.

Eyni zamanda, qeyd edim ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür.

İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirmişdir.

7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilmişdir.  

Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə etmişlər. 

Bildiyiniz kimi, Milli Məclisin sədrinin Avstriya Respublikasına rəsmi səfəri olmuşdur və mən bu barədə sizə məlumat vermişdim. 

Hörmətli həmkarlar, inanıram ki, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratmışdır. 

Mən səmərəli fəaliyyət üçün Sizin hamınıza təşəkkür edirəm. 

Hörmətli deputatlar, Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edirəm. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir