Sahibə Qafarova: “Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb”

“Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

“O, bununla da tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrini XX yüzillikdə layiqincə davam etdirib və zənginləşdirib”, – spiker bildirib.

O xatırladıb ki, Heydər Əliyev dünya miqyasında tanınmış siyasi və dövlət xadimi olub:

“Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın xoşbəxt gələcəyinin təməlini qoyub. Onun həyat və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, bu yolda bütün çətinliklərə dözmək nümunəsinə çevrilib. Bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolunda irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir