Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Əvvəlcə tədbirin açılış mərasimi keçirilib.
Spiker Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini çatdırıb.
Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir. Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI