Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının iştirakçıları ilə görüşüb
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarova bu gün Milli Məclisdə keçiriləcək Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının iştirakçıları ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları Milli Məclisdə salamlamaqdan böyük məmnunluq duyduğunu deyən spiker Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının uğurlu olacağına, faydalı müzakirələr aparılacağına inamını ifadə edib.
Sahibə Qafarova qeyd edib ki, belə bir iclasın keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb və bu gün qardaş ölkələrin parlamentlərinin, Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan parlamentlərin təmsilçiləri buradadır. Eyni zamanda, həm Türk Dövlətləri Təşkilatında, həm də TürkPA-da müşahidəçi statusuna malik olan Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayəndələri də burada iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, bu yaxınlarda biz parlamentimizdə Şimali Kipr parlamenti ilə əlaqələr üzrə işçi qrupu yaratdıq və bu göstərir ki, biz həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI