Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd edilib. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu var. Spiker Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də bildirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI