Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, iclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib.
Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri iştirak edir.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI