Sahibə Qafarova Mozambik Respublikasının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri xanım Maria Benvinda Levi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin sədri Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.
Arzu Paşaqızı