Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib

0

Milli Məclisin 2023-cü il yaz sessiyası başa çatıb.

Turanın səsi ” xəbər verir ki , sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir