Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Havana şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI