Sahibə Qafarova Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu qeyd edilib.
Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər və görüşlər barədə məlumat verərək, bu kimi təmasların ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

⤵️

Arzu Paşaqızı