Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir 

0

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizə olub. Təəssüf ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davam etməkdədir.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdə öz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkə siyasətini yeni formalarla, metodlarla davam etdirir, özünün dənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqil olmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısını almağa çalışır. 

Sahibə Qafarovanın sözlərinə görə,  neokolonializm siyasətinin əsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərini digərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadan keçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədə danışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitiv vasitələrə əl atmaqla, xalqların hüquqlarını kobud şəkildə pozmasının qəbuledilməz olduğunu deyib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir